18 Sentyabr 2016 17:31
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Baş Polis İdarəsi "Müsavat" -ın bu gün keçirilmiş mitinqi ilə bağlı məlumat yayıb.

İdarədən Trend-ə verilən məlumata görə, Sentyabrın 18-də "Müsavat" partiyasının Yasamal rayonundakı "Məhsul" stadionunda Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin partiyanın və bir sıra müxalifətyönümlü qeyri-hökumət təşkilatlarının ümumi sayı 500 (beş yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.


Müəllif:

Oxşar xəbərlər