İstanbulda polis İŞİD-lə əlaqəli olan şəxslərin həbsi üçün 24 ünvanda əməliyyat keçirib.
Teleqraf.com-un "Sabah"a istinadən xəbərinə görə, əməliyyat zamanı Suriyaya savaş bölgəsinə göndəriləcək 24 şəxs saxlanılıb. Həmin şəxslər Suriya, İraq, İran, Azərbaycan və Əfqanıstan vətəndaşlarıdır.
İstanbul Terrorla mübarizə şöbəsi həmin şəxslərin bir qismini prokurorluğa göndərib. Həbs olunanlardan bəziləri isə öz ölkələrinə deportasiya ediləcək.
Nihad