19 Sentyabr 2016 08:57
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Mehdiabad qəsəbəsində, mənzildə 2 nəfər azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər. Əməliyyat dünən saat 23:27-də başa çatıb.


Müəllif:

Oxşar xəbərlər