22 Sentyabr 2016 23:00
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meşədə yüzlərlə at və eşşək leşi aşkarlandı.


ARB xəbər verir ki, Şəkidə at və eşşəklərin kütləvi qətliamı olub. Bu heyvanların eyni gündə, eyni saatda kəsilməsi sual altındadır. Ancaq heyvan cəmdəklərinin sayını nəzərə alsaq, bu kəlməni əminliklə işlədə bilərik - Qətliam.

Təqdim etdiyimiz görüntülər sizi dəhşətə salacaq. Görüntülərə diqqətlə baxsanız, 100-dən çox at və eşşək leşi atıldığını görə bilərsiniz. O leşlərin niyə orada olduğu maraqlıdır. Yəqin ki, aidiyyəti qurumlar tezliklə hərəkətə keçəcəklər. Bəlkə də bu ətlər bizim qazanlarımızda qaynayır.


Müəllif: