Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı ümumxalq səsverməsində (referendum)“ELS” Müstəqil Araşdırmalar Mərkəzinin həyata keçirdiyi “exit-poll” tədqiqatı ilə bağlı mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, Mərkəzin rəhbəri İradə Yaqubova bildirib ki, bu gün səhər saat 8-dən“exit-poll” 118 seçki dairəsinin 400 seçki məntəqəsində keçirilib.
Onun sözlərinə görə, gün ərzində intervüerlər saat 10.00, 13.00, 16.00, 18.00-də məlumatlar mərkəzin “İrşad Hotel”dəki Qərargahında çalışan telefon operatorlarına ötürülüb.
İradə Yaqubova bildirib ki, “ELS”in keçirdiyi tədqiqata bütövlükdə 991 könüllü cəlb olunub: "Sorğu aktlarını dolduranlar səsverən seçiciyə yaxınlaşıb və sorğuda iştirak etməsini xahiş edib. Sorğu götürənlərə verilən vərəqələrdə 29 maddə əks olnub. Sorğu məxfi keçirilib".
İradə Yaqubovanın sözlərinə görə, saat 18.00-dək olan müddətdə seçicilərin 65, 01 faizi səsvermədə iştirak edib.
O, qeyd edib ki, Konstitutsiyaya təklif olunan 29 maddə üzrə əlavə və dəyişikliklər bloklara bölünüb: "Belə ki, insan hüquqlarının təmini üzrə dəyişikliklərə 88 faizdən çox, dövlət təhlükəsizliyi ilə bağlı dəyişikliklərə 90 faiz, insan hüquqlarının təmini üzrə dəyişikliklərə 84,4, dövlət idarəçiliyi ilə bağlı dəyişikliklərə 88,5, seçkili orqanlarda yaş həddinin dəyişdirilməsinə 86,4 faiz səs verilib.
Hacı Zeynalov