27 Sentyabr 2016 14:42
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 28-i saat 14:00-da Qərb Universitetində dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyevlə görüş olacaq.

Teleqraf.com xəbər verir ki, “Elmlərin konvergensiyasi: gözlənilməz nəticələr” mövzusunda keçiriləcək tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edəcək.

Məsud Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi kiçik Nobel mükafatı sayılan “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlıdır.

1994-cü ildən Almaniyada yaşayan alim Münhen, Ştutqart, Berlin kimi nüfuzlu universitetlərdə dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində ”Dinamik sistemlər” şöbəsinin müdiridir.

2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Scionce – JSPS” təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir.

Ünvan: İstiqlaliyyət küç.31

Əlaqə: (012) 492-61-63, (050) 999-1991


Müəllif:

Oxşar xəbərlər