29 Sentyabr 2016 20:39
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ senatorlarından ibarət nümayəndə heyəti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub.

Mərkəzin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev görüşdə Azərbaycanın multikultural durumu və tolerantlıq ənənələrindən söz açıb. O bildirib ki, ölkənin 28, dünyanın 20 nüfuzlu universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur, multikulturalizmlə bağlı kitablar hazırlanır və nəşr olunur.

Arizona senatorı Don Şuter çıxışında İpək yolunun üzərində yerləşən Azərbaycanda tarixən müxtəlif xalqların qaynayıb- qarışıb dostluq şəraitində yaşadığını təqdirəlayiq fakt kimi qeyd edib.

Görüşdə bildirilib ki, dünya ölkələri mənasız rəqabət aparmaqdansa bir-birini dəstəkləsə, dəyər anlayışlarına qarşılıqlı hörmətlə yanaşsa sülhün, əmin-amanlığın qorunmasına böyük töhfələr verərlər.

Qonaqlara BBMM-in nəşrləri hədiyyə olunub.


Müəllif:

Oxşar xəbərlər