30 Sentyabr 2016 14:19
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası ilə QİSÇ, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişinin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentdə müzakirəyə çıxarılıb.

Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deputatlara məlumat verərək bildirib ki, “Azərbaycan Respublikası ilə QİSÇ, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişi çərçivəsində layihə imzalanıb. “Bu potologiya ilə bağlı xeyli maliyyə ayrılıb. Bu layihənin həyata keçirlməsi çox əhəmiyyətlidir. Təklif edirəm ki, bu qanun layihəsi qəbul edilsin”.


Vitse-spiker Ziyafət Əsgərov komitə sədrinə hazırda Azərbaycanda malyariya xəstəliyinin olub-olmaması haqda sual ünvanlayıb.

Komitə sədri isə cavabında deyib ki, ölkədə malyariya xəstəliyi halları yoxdur.

NEMƏT


Müəllif:

Oxşar xəbərlər