2 Oktyabr 2016 13:19
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası tərəfindən Yevlax rayonunun Qaramanlı və Tərtər rayonunun Bəyimsarov kəndləri arasındakı ərazidə aparılan arxeoloji tədqiqat işləri zamanı 10 ədəd küp qəbir açılıb.

Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi Vaqif Əsədov Trend-ə bildirib ki, eradan əvvəl II-I əsrlərə aid dəfn küplərinin yanında və içərisində müxtəlif ölçülü və formalı onlarla saxsı qab – küpə, kasa, piyalə və sair, həmçinin tuncdan bəzək əşyaları və əmək alətləri (gərdənlik, qolbaqlar, oraq) aşkar edilib.


Müəllif: