3 Oktyabr 2016 18:21
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətində Dünya Mətbuat Şuraları Assosiasiyasının növbəti illik toplantısı keçirilir. Azərbaycan Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 2-3-ü tarixlərində gerçəkləşən tədbirdə Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov da iştirak edib.

Toplantıda birliyə üzv ölkələrin Mətbuat Şuralarının ötən müddətdə həyata keçirdiyi işlər barədə hesabatı dinlənilib. Azərbaycan Mətbuat Şurasının sədri Ə.Amaşov bu bölümdəki çıxışında rəhbərlik etdiyi qurumun 2015-ci il və 2016-cı ilin oktyabrınadək müddətdə şikayətləri araşdırması təcrübəsindən söz açıb.

Ə.Amaşov bildirib ki, MŞ şikayətləri araşdırıb öz qərar və rəyini qəbul edərkən yalnız şikayətçi tərəfin pozulan hüquqlarının bərpasını deyil, eyni zamanda ümumən söz və ifadə azadlığından sui-istifadənin yolverilməzliyini rəhbər tutur. Cəmiyyətdə söz və ifadə azadlığı prinsiplərinin dərinləşməsinin vacibliyini vurğulayan Ə.Amaşov əlavə edib ki, şura ilk növbədə kütləvi informasiya vasitələrinin və ayrı-ayrı jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması məsələlərinə diqqət yetirir. Bu məqsədlə qurum müxtəlif kütləvi aksiyalarda jurnalistlərin peşə fəaliyyətini yerinə yetirmələrinin monitorinqini aparmaqdadır.

Qeyd edək ki, toplantının müxtəlif panellərində dünyada söz və ifadə azadlığının vəziyyəti, internet media ilə bağlı tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər