4 Oktyabr 2016 09:11
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-210, Kiçik Qafqazın çaylarında 130-140, Lənkəran-Astara bölgəsi çaylarında isə 10-30 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət:

Oktyabrın 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 130 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 107 m3/s olmaqla ongünlük normanın 66 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 6 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla, ongünlük normanın 92 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 32 m3/s təşkil edərək ongünlük normanın 33 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyət:

Oktyabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 12 sm, Bankədə 3 və Araz çayının Novruzlu məntəqəsində isə 14 sm azalma qeydə alınıb. Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 486 (2015-ci il oktyabrın 3-də 318 sm), Salyanda 340 (2015-ci il oktyabrın 3-də 120 sm), Bankədə 246 (2015-ci il oktyabrın 3-də 157 sm), Araz çayının Novruzlu məntəqəsində isə 200 sm (2015-ci il oktyabrın 03-də 32 sm) təşkil edir.


Müəllif:

Oxşar xəbərlər