Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Salyan və Ağdam rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.
ANAMA-dan Teleqraf.com-a verilən məlumata görə, Salyan rayonu, Şirvan Milli Parkı ərazisində 8 ədəd partlamamış hərbi sursat (PHS) (3 ədəd 140 mm-lik raket (M-14 OF), 2 ədəd 100 mm-lik top mərmisi (BR-412B), 1 ədəd 100 mm-lik top mərmisi (PBR-412), 1 ədəd tank əleyhinə raketin mühərriki (PQ-7) və 1 ədəd 100 mm-lik top mərmisi (partlayış dalğalı donanma mərmisi)) aşkar edilərək götürülüb, 9 000 kv.m. ərazi yoxlanılıb.
Ağdam rayonunun Evoğlu kəndi ərazisindəki su arxına baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (PHS) (100 mm-lik top mərmis (OF-32)) aşkar edilərək götürülüb, 2 000 kv.m ərazi yoxlanılıb.
Ümumiyyətlə, agentlik tərəfindən bu il aprelin 7-dən oktyabrın 10-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası” və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.