Bu gün Azərbaycanda Aşuradır.
Teleqraf.com Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) istinadən bildirir ki, Qazılar Şurasının fətvasına əsasən, Məhərrəm ayının 10-u - Aşura günü oktyabrın 12-nə təsadüf edir.
Fətvada qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə keçirilməli, təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı, habelə Vətən uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir. Müqəddəs məkanlarda nizam-intizam gözlənilməli, qurşağadək soyunaraq zəncir və ya başqa alətlərlə bədənə xəsarət yetirməklə qan çıxarmaq kimi İslamda bəyənilməyən hərəkətlərə yol verilməməlidir.
O da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək.
Xatırladaq ki, Məhərrəm ayı oktyabrın 3-də başlayıb.