Bu gün Bakıda ilk dəfə “Çörək festivalı”keçirilib.
Teleqraf.com-un məlumatına görə, "Sərin" şadlıq sarayında təşkil olunan festivalda Azərbayan da daxil olmaqla 4 ölkədən 150-yə yaxın çörək növü nümayiş etdirilib.
Beynəlxalq Kulinariya Günü münasibətilə təşkil edilən festivalda mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, millət vəkili Qənirə Paşayeva, Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov, Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı və Azərbaycanda fəaliyyət göstərən xarici diplomatlar iştirak ediblər.
Festivalda Azərbaycanın 24 rayon və şəhərindən 150-yə yaxın çörək növü gətirilib. Tədbirdə Qırğızıstan, Özbəkistan və Türkiyənin də çörək növləri təmsil olunub.