28 Oktyabr 2016 00:12
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - istənilən yeni layihə və iş üçün yaxşı, əlverişli zamandır. Öz qüvvənizə güvənin. Uğur əldə edə bilərsiniz. Nüfuzunuz artacaq. Daha təcrübəli insanlar məsləhətlərinizə qulaq asacaqlar.

Buğa - əsəblərinizi tarıma çəkən insanlardan uzaq durun. Heç bir səbəb olmadan sizi tənqid edən, sürəkli şəkildə iradlarını bildirən insanlar əhvalınızı korlayacaqlar. Belələri ilə ünsiyyət neqativ emosiyalar yaradacaq.

Əkizlər - adi günlərdən fərqli olaraq, daha çox yorulacaqsınız. Maraqlı işlə məşğul olmaq, faydalı məlumatlar əldə etmək olar. Axşam saatları yaxın dostlarla gəzinti və istirahət üçün faydalıdır.

Xərçəng - mühüm işləri ertələmək, ya da etibar etdiyiniz insana həvalə etmək olar. İnsanların gur olduğu yerə yollanmayın.

Şir - mənasız insanla görüşdən imtina edin, söhbəti yarımçıq kəsin. İşdə daha çox çalışmalı olacaqsınız. Adi günlərlə müqayisədə görüləsi işlər daha çoxdur.

Qız - rəğbət bəsləmədiyiniz insanların yanında çox vaxt keçirməyin. Belələri ilə ünsiyyətdən yayının. Həmin insanlarla təmaslardan tam kənarlaşmaq mümkün olmasa da, əlaqələrin intensivliyini minimuma endirin.

Tərəzi - maliyyə və pul məsələlərində tələsik qərarlar verməyin. Bədxərclik etməyin. Dəvət aldığınız yerə yollanın. Ən adi, rutin işlərə yaradıcı yanaşsanız, axşam saatları maraqlı keçəcək.

Əqrəb - yeni işlərinizdə yalnız etibarlı insanlara güvənin. Bu gün sizi aldatmağa çalışan insanlar yetərincədir. Günün ilk yarısında həssas olun. İdeya və planlarınızı kimləsə bölüşməyin. Onlardan faydalanmaq istəyənlər var.

Oxatan - rəqibləri üstələməyə çalışın. Özünüzə yeni düşmənlər qazanmayın. Yeni tanışlıqlar üçün pis zaman deyil. Fəqət yeni münasibətilərdə romantika aramayın. Sevdiyiniz insanla ünsiyyət əhvalınızı yaxşılaşdıracaq.

Oğlaq - səbrli olun, təmkinli davranın. Çoxdan gözlədiyiniz hadisələrin baş vermə ehtimalı azdır. Asan, sürətli qələbələrə bel bağlamayın. İnsanlarla dil tapın. Onların problemləri ilə maraqlanın.

Dolça - yeni işə başlamaq, tərəfdaşlarla ortaq layihəni müzakirə etmək üçün əlverişlidir. Qəfil görüş, xoş sürprizlər istisna deyil. Romantik təmaslar qeyri-adi olacaq. İmiclə eksperimentlər uğurludur. Alış-verişdə paltar, aksessuar, kosmetika da almaq olar.

Balıqlar - yalnız gücünüz çatacaq, imkanlarınızın çərçivəsini keçməyən işlərə başlayın. Belə olarsa, problemlərin öhdəsindən tezliklə gələ bilərsiniz. Problemlərlə qarşılaşanda tanışlar və ya tərəfdaşlara müraciət etmək olar. Birgə fəaliyyət taktikası yetərincə effektivdir.

Milli.Az


Müəllif:

Oxşar xəbərlər