Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Komitə sədri deyib ki, 2015-ci ilin 4 dekabrında “Dini ekstremizmə qarşı mübarizə haqqında” qanun qəbul edilib. İndi həmin qanunla əlaqədar bir neçə qanuna dəyişiklik ediləcək: "Dini radikalizm, dini fanatizm və dini ekstremizm anlayışı Cinayət Məcəlləsində mövcud maddələrin dispozisiyasında öz əksdini tapmalıdır. Bununla əlaqədar Cinayət Məcəlləsinin 214, 279, 283, 283-1 maddələrinə dəyişiklik edilir. İnzibati Xətalar Məcəlləsində müvafiq dəyişikliklər edilməsi haqda qanun layihəsi də bu səpkidədir".
Milli Məclisin I vitse-prezidenti Ziyafət Əsgərov çıxışı zamanı deyib ki, 2015-ci ildə “Dini ekstirimizm qarşı mübarizə haqqında” qanun qəbul edilib: “Əli müəllimin dediyi qanunlardan başqa, daha 10 qanun layihəsinə dəyişiklik edilir. Xahiş edirəm müzakirələr zamanı bu məqamı nəzərə alasınız”.
Deputatlar qanun layihəsini qəbul edib.
Nemət