1 Noyabr 2016 12:58
787
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya Azərbatcanlıları Konqresinin işiylə bağlı dünyanın harasına getdimsə oradakı Axıska türkləriylə də görüşdüm. Ankarada, İstanbulda, Bursada onların qurultaylarına qatıldım. Doğmalaşdıq. İmkan düşəndə Şamaxıda, Xaçmazda, Sabirabad və Saatlida yaşayan axıskalı dostlarıma da baş cəkdim”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Xalq şairi Sabir Rüstəmxanlı ötən bazar Saatlının Qazanbatan kəndində Axıska türkləri ilə baş tutan görüşü barədə deyib.

VHP sədri qeyd edib ki, ötən bazar türkiyəli iş adamı, köhnə dostu Hüseyn Böyükfıratın dəvətilə Saatlı rayonunun Qazanbatan kəndində yaşayan el ağsaqqalı Ənsar Rızvanoğlunun görüşünə gedib: “Döğrusu, bu, mənim çoxdankı arzum idi, Hüseyn bəy də bir neçə dəfə təklif eləmişdi, bu gün getmək qismət oldu. Bəxtimizdən də neçə gündən bəri qavam edən qar-yağış kəsilmiş və yenidən günəşlı bir payız qayıtmışdi.
Ənsar kişini qiyabən çoxdan tanıyırdım, Seyfulla Türksoyun televiziya proqramından, Hüseynin söhbətlərindən. O da bir neçə dəfə sifariş göndərib dəvət eləmişdi. 93 yaşı olsa da həyətdə şax qamətiylə dayanıb bizi gözləyir. Bir neçə saatda bir ailənin başçısını Türkiyəyə, yerdə qalanlarını Özbəkistana, Əndican vilayətinə, ordan Azərbaycana atan, ümid kəsilən yerdə, yəni yarım əsr sonra, Hüseyn Böyükfıratın yardımıyla, onları yenidən qovuşduran talenin sakit dinlənilməsi mümkün olmayan qəmli dastanı vərəqləndi.. Özbəkistan yaşantıları, Azərbaycanda gördükləri qayğı, uşaqlarının uzanan və dünyaya yayılan yolları, uzun və çətin bir ömrü mehribanca, çiyin-çiyinə addımladığı qarısının qayğısı və xəstəliyi, İslam dünyasının və Türkiyənin dərdləri barədə söhbətləri o qədər şirindi ki, vaxtın necə keçdiyini duymadıq. Ənsar kişi heç bir zülmün, sürgünün, yurdundan ayrı düşmək əzabının sındıra bilmədiyi bir möhtəşəm heykəl kimi oturmuşdu qarşımda”.

Nemət


Müəllif:

Oxşar xəbərlər