7 Noyabr 2016 15:28
593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral media nümayəndələri ilə görüş keçirib.

Teleqraf.com-un məlumatına görə, 2009-cu ildə Azərbaycandan getdiyini deyən diplomat 7 il sonra ölkəmizdə ciddi irəliləyiş olduğunu söyləyib: "7 il ərzində mətbuatda da dəyişikliklər müşahidə edilir. Əvvəllər sadəcə radio, televiziya və yazılı media vardısa, indi internet media genişlənib. Azərbaycan KİV-lərinin inkişafını görüb şad oldum. Bir aya yaxındır Bakıdayam, Azərbaycana gəlişim zamanı gözəl hadisələr yaşandı. 18 oktyabrda Azərbaycan müstəqilliyinin 25-ci ildönümü qeyd olundu, ötən həftə Türkiyə Cümhuriyyətinin qurulmasının 93-cü ildönümünü qetd etdik. İyulun 15-də Türkiyəyə xain hücum oldu. PKK və FETÖ-ya qarşı mücadiləmiz bundam sonra da davam edəcək. İyulun 15-i gecə xalq necə prezidentin ətrafında sıx birləşdisə, bundan sonra da bütün hücumlara qarşı mücadilə aparacaq. Həmin gecə Azərbaycanın Türkiyəyə olan dəstəyini heç vaxt unutmayacağıq".

Nərgiz


Müəllif: