Azərbaycan Prezidenti İlham Əliyev Yusif Davıdova “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Bakı Metropoliteninin istismarı sahəsində səmərəli fəaliyyətinə görə Yusif Hümmət oğlu Davıdova “Əməkdar mühəndis” fəxri adı verilsin.