17 Noyabr 2016 13:21
448
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda hər il 2-3 min doğuş gerçəkləşirsə, onlardan 10 faizi vaxtından əvvəl doğuşun payına düşür.

Teleqraf.com xəbər verir ki, bunu respublikanın baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova jurnalistlərə açıqlamasında deyib.

Komissiya sədrinin sözlərinə görə, il ərzində 200-ə yaxın uşaq vaxtından əvvəl doğulur: "Azərbaycanda doğulan hər 10 uşaqdan biri vaxtından əvvəl anadan olur. Vaxtından əvvəl yaşanan doğuşların ana və uşaq ölümlərinə səbəb ola bilir. Bu da hamiləlikdən öncə olan hazırlıqdan asılıdır. Hamiləliyin ilk günündən həkim nəzarətində olan hamiləliklərdə ana və uşaq ölümlərinə az rastlanır".

Sevinc Məmmədova deyib ki, erkən doğuşların səbəbləri müxtəlif olur: "Birinci səbəb atenatal dövrdən başlayır, yəni hamiləliyə düzgün nəzarət olunmayanda hamiləlik erkən sonlana bilər. İkinci səbəb isə hamiləlikdən əvvvəl ananın sağlamlığında olan problemlərlə bağlıdır. Üçüncü qrup səbəblər isə hamiləlik vaxtı meydana gələn müəyyən problemlərdir ki, hamiləliyin vaxtından əvvəl sonlanmasına gətirib çıxarır. Son illər Azərbaycanda yüksək texnologiyanı istifadəsi, süni mayalanma mərkəzlərinin meydana gəlməsi, irsi xəstəliklərin tez bir zamandan aşkarlanması ilə əlaqədar diaqnostika yaxşılaşdığından erkən doğuş hallarının qeydiyyatı tam əhatə olunur".

Sevinc Məmmədova qeyd edib ki, analar vaxtından əvvəl doğulan körpələrinin sağlamlıqlarını daim nəzarətdə saxlamalı, peyvəndlərini vaxtında vurdurmalı, ildə bir dəfə mütləq şəkildə dispanzerizasiyadan, dövrü müayinələrdən keçməlidirlər.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər