Tanınmış şair Rüstəm Behrudinin səhhətində problemlər yaranıb. Bu haqda Teleqraf.com-a şairin özü bildirib.
R.Behrudi deyib ki, hazırda xəstəxanadadır və müalicə alır: “Ürəyimdə problemlər var, üstəlik təzyiqdən də əziyyət çəkirəm. Bir müddət əvvəl də ürəyimdə cərrahiyə əməliyyatı keçirilib”.
Rüstəm Behrudi daha sonra əlavə edib ki, bir neçə gündür Avrasiya Hospitalında yatır: “Bunlar boş şeydir. İnşallah, düzəlim geniş söhbət edərik”.
Nemət