29 Noyabr 2016 17:36
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Prezidentinin Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Demokratiyanı Öyrənmə" İctimai Birliyi "İctimai nəzarətin həyata keçirilməsinə Vətəndaş Cəmiyyəti Subyektlərinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində treninqlər keçirib.

Teleqraf.com xəbər verir ki, treninq Azərbaycanın 3 bölgəsində (Oğuz, Cəlilabad, və Qusar) vətəndaş cəmiyyəti subyektləri üçün “ictimai iştirakçılıq və ictimai şuralar” mövzusunda keçirilib.

Treninqin əsas məqsədi vətəndaş cəmiyyəti subyektlərinini ctimai iştirakçılığın mühüm formalarından biri olan ictimai şuralar haqqında məlumatlandırma olub.

İctimai iştirakçılığın məqsədləri, prinsipləri, formaları, o cümlədən ictimai şuranın anlayışı ictimai şuranın yaradılma qaydası, ictimai şuranın statusu, ictimai şuranın fəaliyyət formaları treninqdə müzakirə edilən əsas mövzular olub. Ekspertlərin təqdimatında iştirakçılar ictimai şuralarla bağlı hüquqi və praktiki təcrübələrlə tanış olublar. Onlar həmçinin ictimai şuralara namizədlərin irəli sürülməsi, seçkilərin keçirilməsi, ictimai şuraların fəaliyyət formaları, onların hüquq və vəzifələri kimi ictimai şuraların bir sıra vacib aspektləri tanış olublar.

Treninqdə eyni zamanda ictimai şuraların yaradılmasının praktik vəziyyəti də müzakirə edilib. Bildirilib ki, normativ hüquqi bazanın və siyasi iradənin olmasına rəğmən ictimai şuraların yaradılma prosesi lazımi səviyyədə getmir. “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Prezidentinin 16 yanvar 2014-cü il tarixli Fərmanında AR Nazirlər Kabinetinə 3 ay müddətində Qanunun pozulmasına görə inzibati məsuliyyəti müəyyən edən qanun layihəsini hazırlayıb. Azərbaycan Prezidentinə təqdim etmək və fəaliyyətinə ictimai nəzarət ediləcək mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb. Azərbaycan Prezidentinə təqdim etmək tapşırıqları yerinə yetirilməyib. Eyni zamanda Açıq hökumətin təşviqinə dair2016-2018-ci illər üçün Milli Fəaliyyət Planında 2016-2018-ci illərdə mərkəzi və yerli icra hakimiyyəti orqanları üçün ictimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsi və ictimai şuraların tərkibi və fəaliyyəti ilə bağlı rəsmi internet resurslarında ayrıca bölmələrin yaradılması və məlumatların mütəmadi yenilənməsi nəzərdə tutan vəzifələrdə yerinə yetirilməyib.

İştirakçılar ictimai şuraların yaradılmasına tezliklə başlanılacağına ümid etdiklərini və belə treninqlərin məlumatlılığın artırılması üçün faydalı olduğunu bildiriblər.


Müəllif:

Oxşar xəbərlər