23 Aprel 2014 09:58
1 616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir, Gədəbəy və Gəncədə yağan leysan yağışlar və dolu bir sıra fəsadlara yol açıb.

Teleqraf.com xəbər verir ki, təbii fəlakət Gədəbəyin Malik, Zəhmət, Slavyanka kəndlərində və bir sıra digər dağ kəndlərində baş verib. 15 dəqiqə davam edən dolu yğmasından sonra leysan başlayıb. Dolu əkin sahələrinə və yeni çiçəkləyən ağaclara ziyan vurub.

Şəmkir rayonunda isə leysan xarakterli yağışlar müşahidə olunub.

Gəncədə leysan yağışların suları şəhərin su kanalizasiya problemini yenidən üzə çıxarıb. Suçəkən quyuların nasazlığı üzündən yollarda hərəkət çətinləşib. Şəhərin mərkəzində suyun hündürlüyü yarım metrə çatıb. Orada da quyuların normal işləməməsi evlərin, ticarət obyektlərinin, zirzəmilərin dolmasına səbəb olub. Şəhərin Şəddadilər, Dadaş Bünyadzadə, Şah İsmayıl prospektində küçədən axan sular evlərin həyətinə və zirzəmilərə axıb, məişət əşyaları su altında qalıb. Sahibkarlara güclü ziyan dəyib.

Fövqəladə Hallar Hazirliyinin əməkdaşları xüsusi texnikanın köməyi ilə leysan sularının mənzillərdən təmizlənməsi işi ilə məşğul olublar. Gəncə şəhər İcra Hakimiyyətinin nümayəndələri və digər aidiyyəti orqanlar hadisə yerinə baş çəkib, problemlərin aradan qaldırılması istiqamətində tədbirlər görülüb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər