Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbində baş verən qalmaqallı hadisə ilə əlaqədar Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşları və Şəmkir Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçilərinin dünəndən etibarən başladıqları araşdırmalar bu gün də davam etdirilir.
Bu haqda məlumatı Teleqraf.com-a Şəmkir Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşı Kənan İbrahimov bildirib.
Onun sözlərinə görə, məktəbdəki müəllimlərdən izahat alınır, araşdırma başa çatdıqdan sonra nəticə barədə mediaya geniş məlumat veriləcək.
K.İbrahimov qeyd edib ki, laborant Xatirə Əliyevanın iddiaları təsdiqlənərsə, direktor məsuliyyətə cəlb olunacaq: “Deyilənlər isbat olunsa, bu işlə artıq Təhsil Nazirliyi deyil, hüquq-mühafizə orqanları məşğul olacaq”.
Qeyd edək ki, Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal olub. Adıçəkilən məktəbdə laborant işləmiş Xatirə Əliyeva mətbuata müraciət edərək məktəb direktorunu rüşvət almaqda ittiham edib. Direktor isə X.Əliyevanı xidməti noutbukda seks videosu olduğu üçün işdən uzaqlaşdırdığını açıqlayıb.
Nərgiz