“Azərbaycanda nəşr olunan və Azərbaycana gətirilən kitablar rəy alındıqdan sonra yayıla bilər”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Komitə sədrinin sözlərinə görə, bir sıra nəşrlər və xaricdə çap olunmuş kitablar var ki, bu kitablarda məzhəblərarası, təriqətlərarası qarşıdurmanı təşviq edən fikirlər öz əksini tapıb: “Bu cür kitabların Azərbaycanda nəşri və yayılmasını məqsədəuyğun hesab etmirik. Bu cür kitabların yayılması ölkədə məzhəblərarası qarşıdurmanın təşviqinə və təbliğinə gətirib çıxara bilər”.
Mübariz Qurbanlı qeyd edib ki, bəzi ölkələrdə bu cür kitabların yayılması ilə əlaqədar məhdudiyyətlər var: “Bu ölkələrin qanunlarına uyğundur. Ölkənin təhlükəsizliyi ilə bağlı məsələlərdə bunu nəzərə almaq lazımdır. Biz görürük ki, dini radikalizmi təşviq və təbliğ edənlər var və onlara qarşı mübarizədə bu sahə də özünü göstərir. Bizdə bu məsələnin üzərində işləyən xüsusi qrup var”.
İlhamə