Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
"Report" Türk Dünyası Mühəndis və Memarlar İttifaqının baş katibi İlyas Dəmirçiyə istinadən xəbər verir ki, Türkiyə baş nazirinin Azərbaycana martın 16-18-də səfər edəcəyi gözlənilir.
B.Yıldırımın başçılıq edəcəyi nümayəndə heyəti "Qitələri əhatə edən energetika və nəqliyyat meqalayihələri" şəhərsalma konfransında iştirak edəcək. Konfrans Türk dünyası Mühəndis və Memarlar İttifaqı və Türk dünyasının vətəndaş cəmiyyətləri Şurası tərəfindən təşkil olunacaq.