3 Fevral 2017 18:39
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri təlim kurslarına cəlb olunublar.

Teleqraf.com xəbər verir ki, “Dərs müşahidələrinin təşkili və sinfin idarə olunması” mövzusunda təşkil olunan kurslar Təhsil Nazirliyi ilə Azərbaycan Müəllim İnkişafı Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilib.

Təlimin məqsədi müasir idarəetmədə bilik və bacarıqlara yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək kadrlar yetişdirmək və təkmilləşdirməkdir. Təlimlərdə iştirakçılara inzibati idarəetmə ilə bağlı biliklər verilib, onlara müvafiq sahədə qabaqcıl təcrübə aşılanıb.


Müəllif: