4 Fevral 2017 09:25
433
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti qarlı hava şəraitindən sonra çaylardakı sululuq səviyyəsi açıqlayıb.

Teleqraf.com Departamentə istinadən xəbər verir ki, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-180, Kiçik Qafqazın çaylarında 190-200, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-60 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, fevralın 03-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 132 m3/s olmaqla ongünlük normanın 80 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 151 m3/s olmaqla ongünlük normanın 91 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 54 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 68 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil etmişdir.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, fevralın 03-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 8, Şirvanda 6 sm artım, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 470 (2016-cı il fevral 03-də 478 sm), Şirvanda 333 (2016-cı il fevral 03-də 363 sm), Salyanda 294 (2016-cı il fevral 03-də 325 sm), Bankədə 243 (2016-cı il fevral 03-də 244 sm), Araz çayının Novruzlu məntəqəsində isə 190 sm (2016-cı il fevral 03-də 205 sm) təşkil edir.


Müəllif:

Oxşar xəbərlər