Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımızın müdafiənin ön xəttindəki mövqeləri iriçaplı silahlardan, minaatanlar və toplardan atəşə tutulub. Dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin müxtəlif mühəndis qurğuları və atəş nöqtələri məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı birləşmələri mövqelərimizi iriçaplı silahlardan atəşə tutmaqla Dağlıq Qarabağda cəbhənin başqa istiqamətində həyata keçirməyə cəhd etdiyi diversiyadan diqqəti yayındırmaq məqsədi güddür. Lakin bölmələrimizin sayıqlığı nəticəsində düşmənin aktivliyi əvvəlcədən aşkar olunub. Görülən tədbirlər nəticəsində itki verən düşmən geri çəkilməyə məcbur edilib.
Teleqraf.com xəbər verir ki, erməni tərəfi itki verməsi xəbərini təsdiqləyib. News.am saytının məlumatına görə, Azərbaycan tərəfinin cavab atəşi açması nəticəsində 1979-cu il təvəllüdlü hərbçi Qeqam Qenrixoviç öldürülüb, 1988-ci il təvəllüdlü hərbçi Koryun Kamoyeviç Kirakosyan isə yaralanıb.
Samir