14 Fevral 2017 12:31
396
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fevralın 7-də Brüsseldə Azərbaycanla Aİ arasında yeni saziş üzrə danışıqlar başlayıb və biz orada bir sıra texniki məsələləri həll etməyə çalışdıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

O bildirib ki, Aİ-nin danışıqlar üzrə heyətinin rəhbəri Avropa Xarici Əlaqələr Xidmətinin əməkdaşı Luk Devindir: "Düşünürəm ki, növbəti mərhələdə danışıqlar daha çox substantiv olacaq. Hazırda hər bir tərəf fərqli mövqeləri nəzərdən keçirir. Biz bir sıra sahələri müzakirə etmək niyyətindəyik. Bura enerji, iqtisadiyyat ticarət, insanlararası əlaqə, dövlət idarəçiyi daxildir. Bilirsiniz, bizim aramızda 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi mövcuddur. Bu əməkdaşlıq üçün bazanın bir hissəsidir. Həmçinin, Azərbaycan tərəfdən də 2015-ci ildə Riqa sammitində əməkdaşlıq layihəsi təqdim olunub".

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər