Azərbaycan Prezidenti İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsi ilə Belarus Dövlət Əmlak Komitəsi arasında əməkdaşlığa dair sazişin təsdiq edilməsi haqqında fərman imzalayıb.
Teleqraf.com-un məlumatına görə, saziş 2016-cı il noyabrın 28-də Bakı şəhərində imzalanıb.
Əmlak Məsələləri Dövlət Komitəsinə bu fərmanda göstərilən sazişin müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Belarus hökumətinə bildiriş göndərmək tapşırılıb.