Səhər saatlarından etibarən bağlanan “28 Mall” Ticarət Mərkəzi hələ də qapılarını müştərilərin üzünə açmayıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, buna səbəb ticarət mərkəzinin elektrik xəttində yaranan problemdir. Müştərilərin məlumatına görə, bir neçə gün öncə mərkəzin yuxarı mərtəbələrindən birinci mərtəbəyə su axıntısı olub, bu da elektrik naqillərini zədələyib. Yalnız elektrik enerjisinin verilməsi bərpa ediləndən sonra müştərilərin "28 Mall"a daxil olmasına icazə veriləcək.
***
"28 Mall" ticarət mərkəzindən Teleqraf.com-a bildirilib ki, ticarət mərkəzinin elektrik xəttində yaranan problem qaldırılanadək "28 Mall" bağlı qalacaq. Problemin saat 18:00-dək həll ediləcəyi vurğulanır. Hazırda ticarət mərkəzinin işçilərindən başqa heç kəs içəri buraxılmır.
Nərgiz