22 Fevral 2017 17:38
3 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan torpaqlarının 20 faizinin Ermənistanın işğal altında qalması Qafqaz regionunun sabitliyi üçün ən böyük problemdir”.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Türk Şurasının təşkilatçılığı ilə “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.

Nazir Türkiyənin Azərbaycanla birgə regionda sabitlik və təhlükəsizliyin təminatı üçün səy göstərdiyini vurğulayıb. Mövlud Çavuşoğlunun sözlərinə görə, illərdir beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli istiqamətində çaba göstərmir və problemin sülh yolu ilə həllini daha da yubadırlar.

O, Xocalı soyqımının heç vaxt unudulmadığını dilə gətirib: “Xocalı qətliamı insanlıq əleyhinə cinayətdir. Xocalı qətliamı ilə bağlı həqiqətlərin bütün dünyaya çatdırılmasına bundan sonra da çalışacağıq. Uzun illərdir Ermənistanın 1915-ci il hadisələri ilə əlaqədar böhtanları ilə mübarizə aparırıq. Ermənistan bizim təkliflərimizi rədd edib. Dəfələrlə bəyan etmişik ki, ortaq komissiya yaradıb arxivləri açaq, elm adamları və başqa ölkələrdən ekspertlər dəvət edək. Ermənistan isə gerçəklərlə üzləşmək istəmir. Amma Xocalı soyqırımı bir həqiqətdir. 21-ci əsrdə 25 il əvvəl bütün dünyanın gözü qarşısında baş verib. Xocalı qırğınına başçılıq edən şəxslərin bunu etiraf etməsi və müdafiəsi ibrətamizdir. Deyir ki, “ermənilərin mülki vətəndaşlara, qadınlara, uşaqlara toxunmayacağına inananlar Xocalıda nə etdiyimizi görüblər”. Belə bir vəhşiliyi, insanlığa zidd hərəkətləri müdafiə edirlər. Həmin şəxs təəssüf ki, bu gün o ölkəni idarə edir. Ermənilərin, xüsusən də bu gün Ermənistanı idarə edənlərin insanlıq anlayışı budur”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər