Rusiyada azərbaycanlı diaspor rəhbəri Qalib Əliyev həbs olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ona qarşı dələduzluq ittihamı irəli sürülüb.
Məlumatlara görə, Moskvada azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sədri Qalib Əliyev 2015-ci ildə büdcədən 600 min rubl (18000 AZN) pul mənimsəməkdə ittiham olunur.
Q.Əliyev bu pulu "Rusiya türk və azərbaycanlı tələbələrin gözü ilə" layihəsi üçün qrant kimi əldə edib. O, bu pulla azərbaycanlı və türkiyəli tələbələri Rusiyaya gətirməli və burada "Qızıl halqa" üzrə onlara ekskursiya təşkil etməli idi.
Samir