“Hüquqi, siyasi və mənəvi sahədə təşkilatlanma dinc vaxtlarda olmalıdır. Amma təəssüf ki, biz faciələrdən sonra bunu etmişik”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Zahid Oruc bildirib.
Z.Oruc bildirib ki, biz bu faciələrdən dərs çıxarmalıyıq: "Baxın, Eldar Mahmudovun zamanında Xocalı soyqırımı 26 fevralda MTN əməkdaşları tərəfindən anılırdı. Amma 27 fevralda və ondan sonrakı dövrlərdə MTN əməkdaşları xalqı soymaqla məşğul idi. Çıxarılan dərslərdən biri də budur ki, Azərbaycanla Rusiya qarşı-qarşıya qoyulmamalıdır”.
Nemət