Bakının Binəqədi rayonunda yol hərəkəti qaydasını pozan sürücüdən silah götürülüb.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini Seymur Xudaverdiyev idarə etdiyi “Chevrolet-Camaro” markalı avtomobillə yol hərəkəti qaydasını pozub.
Bu səbəbdən o, Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə stasionar postunda saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsi ilə protokol tərtib edilərək avtomobil duracağa aparılıb.
Müvəqqəti duracaqda Seymur Xudaverdiyevin iştirakı ilə avtomobilə baxış keçirilib. Avtomobildən pnevmatik tapança aşkar edilib.
Bu zaman o, qeyd edilən tapançanı götürərək hadisə yerindən qaçıb.
Baş Dövlət Yol Polis İdarəsi və Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Seymur Xudaverdiyev saxlanılıb və tapança ondan götürülüb.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov