27 Fevral 2017 00:11
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist Zabil Müqabiloğlu bir neçə dəqiqə öncə müalicə aldığı xəstəxanada dünyasını dəyişib. Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistin yaxınları məlumat verib.

Xatırladaq ki, Zabil Müqabiloğlunun səhhəti gecə saatlarında qəfil pisləşmişdi və o, koma vəziyyətində 1 saylı Kliniki Xəstəxanaya gətirilmişdi.

Z.Müqabiloğlu serrozdan əziyyət çəkirdi və 3 ay öncə də qanaxma ilə xəstəxanaya yatırılmışdı.

O, 1977-ci il noyabrın 17-də Zəngilan rayonunun Babaylı kəndində anadan olmuşdu. "525-ci qəzet", "Avropa", "Tərcüman" və "Yeni Müsavat" qəzetlərində fəaliyyət göstərmişdi. Gunxeber.com saytının baş redaktoru idi.

Allah rəhmət eləsin!


Müəllif: