2 Mart 2017 17:04
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Adıyaman bölgəsinin Samsat rayonunda güclü zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, maqnitudası 5,8 bal olan zəlzələnin episentri yerin 11,3 kilometr dərinliyində olub.

Yeraltı təkanlar Qaziantep, Kilis, Batman və Şanlıurfada hiss olunub. Məlumatlara görə, episentrə yaxın yerləşən kəndlərdə bəzi evlər dağılıb.

Samir


Müəllif:

Oxşar xəbərlər