“Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası (TQDK) və Dövlət Qulluğu məsələləri üzrə Komissiyada (DQMK) çalışan əməkdaşlar DİM-də işlə təmin olunublar”.
Bu barədə Teleqraf.com-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Məlumatda bildirilir ki, Dövlət İmtahan Mərkəzinin strukturunun formalaşdırılması davam edir. Qurumda 12 yeni şöbə yaradılıb və müdirlər təyin edilib.
TQDK-da və DQMK-da çalışan əməkdaşlar DİM-də işlə təmin olunublar. Heyətin formalaşması tam başa çatdıqdan sonra ətraflı məlumata açıqlanacaq”.
İlhamə ƏBÜLFƏT