4 Mart 2017 15:41
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) xalq şairi Nəriman Həsənzadənin ingilis dilinə tərcümə olunan “Auntie Nabat’s bread“ (“Nabat xalanın çörəyi”) kitabının təqdimatı olub.

Teleqraf.com-un məlumatın agörə, kitabı ingilis dilinə “ADA” Universitetinin Təhsil İnstitutunun proqram mütəxəssisi Elnur İmanbəyli tərcümə edib.

Tədbirdə əvvəlcə Nəriman Həsənzadənin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

ADU-nun rektoru vəzifəsini icra edən, professor Əfqan Abdullayev bildirilib ki, Nəriman Həsənzadənin şeirləri hər zaman sevilərək oxunub, onun sözlərinə bəstələnən mahnılar bu gün də dillər əzbəridir. O, şairin “Nabat xalanın çörəyi” kitabının ingilis dilinə tərcümə olunmasının əhəmiyyətini qeyd edib, bu nəşrin Azərbaycan mədəniyyətinin, ədəbiyyatının dünya ictimaiyyətinə çatdırılmasında dəyərli mənbə olacağına əminliyini bildirib.


Müəllif:

Oxşar xəbərlər