Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - ünsiyyət, təmaslar, əlaqələr, səfər, tədqiqat, macəra, informasiya axtarışları üçün əlverişli gündür. Eşitdiklərinizdə rasional məzmun arayın.
Buğa - təmaslar və əlaqələr spontan yaranarsa, həmsöhbətiniz də mövzuları sürəkli dəyişərsə, səbr kasanız daşmasın. Bəlkə, hansısa məqamı nəzərdən qaçırıbsınız, ola bilər.
Əkizlər - konkret layihənin optimallaşdırılması istisna deyil. Şəxsi münasibətlərdə cazibədar dinamika və yaşananlara təsir imkanları müşahidə olunacaq.
Xərçəng - bu gün yaranan və baş verən çətinliklər ciddi problemlər deyil. Kallisto və Umbrielin münasibətləri stress, sürprizlər, gərginliklər dolu gün vəd edir. Müşküllərdən belə, yararlanmağa çalışın.
Şir - praktiki maraqlarınızı yadınızdan çıxarmayın, vaxtınızı boş yerə, mənasız məsələlərə sərf etməyin. İş üçün sərfəli gündür. Həqiqətən də, məşğul olduğunuzu görəndən sonra ətrafınızdakı insanlar sizə mane olmayacaqlar.
Qız - müzakirə etməyə məsələ varsa, ünsiyyət üçün pis gün deyil. Axşam saatlarını mütailə, internetdə dolaşmaq və ya filmə baxmaqla da keçirmək olar.
Tərəzi - yuxusuz qalmayın, istirahət edin. Yorğunluq hiss etməsəniz, çətinliklərə sinə gərmək asandır.
Əqrəb - ümumən harmonik gün olsa da, şəxsi fəallığınız kiməsə yardım etmək və ya həzz almadığınız, amma etməli olduğunuz işlə məşğul olmaq zərurəti yaradacaq.
Oxatan - iş çox olsa da, nəticələrin keyfiyyətli olmasına çalışın. Evin qayğılarını həll etməklə də məşğul olmaq mümkündür. Fəqət, bütün öhdəliklər və tələblərdən qurtularaq öz işinizi görün. Yeni təəssüratlar, yenilik hissi də pis olmaz.
Oğlaq - şəxsi maraq dairənizə yeni dostlar və tanışları cəlb edin. Axşam saatlarını maraqla keçirməyə cəhd göstərin.
Dolça - qəfil və gözlənilməz işlərin sizi çulğamasına imkan verməyin. Kallisto ilə Elaranın münasibətləri sizdən baş verənlərə zahirən də olsa, hazır olduğunuzu göstərməyinizi tələb edir.
Balıqlar - özünüzə əminliyiniz yaxın ətrafınızdakı insanlara müsbət təsir edəcək, yaşananlara dəqiq qiymət verəcəksiniz. Hər şeyi ideal şəkildə bitirməyə çalışmayın, amma nəyisə mütləq tamamən başa vurun.
Milli.Az