10 Mart 2017 13:52
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə olunan zaman spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə yaranıb.

.
Teleqraf.com xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov çıxış etmək üçün deputat Zahid Oruca 10 dəqiqəlik vaxt verib. Bu zaman Z.Oruc 10 dəqiqənin az olmasından şikayətlənib:

“5 dəqiqə ilə insan ömrü azalan deyil. Xahiş edirəm ki, imkan verin, fikirlərimi tam ifadə edə bilim”.

Spiker Oqtay Əsədov isə Zahid Oruca iradını bildirib: “Ay Zahid, yenə camaata ağıl öyrətmə, 10 dəqiqə çıxış et, bəsindir!”

Nemət


Müəllif:

Oxşar xəbərlər