31 Mart 2017 18:05
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış alim, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü Fəridə Məmmədova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib:

Sülh Platformasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bəyanatda deyilir:

“Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız sülh yolu ilə mümkündür. Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacib olduğunu, vurğulamaq istəyirəm. Həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində gördüyü işlərinin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd etmək istəyirəm. Bu səbəbdən rəhbərlik etdiyim təşkilatların adından, məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və Cənubi Qafqaz regionunda sülhün bərpası və qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.


Müəllif:

Oxşar xəbərlər