Rusiyanın Sankt-Peterburq şəhəridə metroda baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olduğu da məlum olub.
Teleqraf.com diaspor.az-a istinadən xəbər verir ki, hadisə zamanı yaralanan 28 yaşlı Zaur Vəliyev axır xəsarətlə şəhərin Marinskaya xəstəxanasına yerləşdirilib. Z.Vəliyevin vəziyyəti orta ağırdır, onu palataya keçiriblər.
Sosial şəbəkələrdə yayılmış xəbərə görə, ötən gecə Rusiyanın Sankt-Peterburq şəhərindəki xəstəxanalardan birində dünən metroda törədilmiş terror aktı nəticəsində yaralanmış azərbaycanlı qız da dünyasını dəyişib.
Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Dilbər Əliyeva ağır vəziyyətdə xəstəxanaya gətirilərkən səhvən Tamara Əliyeva kimi qeydiyyatdan keçirilib.
Xatırladaq ki, dünən yerli vaxtla sat 14:30-da Sankt-Peterburq metrosunda vaqonlardan birində kamikadze üzərində olan partlayıcı qurğunu işə salıb. Nəticədə, 11 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Teleqraf.com Dilbər Əliyevanın fotolarını təqdim edir.