Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında məruzə ilə çıxış edəcək.
Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, deputat iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq.
Ə.Amaşovun məruzəsi quruma üzv ölkələrdə yeni enerji mənbələrinin inkişafı ilə bağlıdır.
Toplantıda habelə QDİƏT-in cari fəaliyyəti barədə məlumat veriləcək, bir sıra təşkilatı məsələlərə baxılacaq.