10 Aprel 2017 09:31
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı Nazirliyi (KTN) 2017-ci ildə tələb olunan inventarların (Lot-1) və avadanlıqların (Lot-2) satın alınması məqsədilə açıq tender elan edib.

Teleqraf.com xəbər verir ki, tenderdə iştirak 1-ci lot üzrə 150 manat, 2-ci lot üzrə isə 300 manatdır.
Bundan başqa, KTN yanında Dövlət Toxum Fondu toxum emal edən fabrik, anbar və yardımçı tikililərin alınması ilə əlaqədar açıq tender keçirir. Bu tenderdə iştirak haqqı isə 500 manatdır.

Hər iki tender üzrə iddiaçılar ilkin sənədləri mayın 5-nə qədər, tender təklifi və bank zəmanətini isə mayın 22-ni qədər nazirliyə (Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 80 ünvanına) təqdim etməlidirlər.
Təkliflərə mayın 23-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.


Müəllif:

Oxşar xəbərlər