16 Aprel 2017 14:12
836
12 Punto 14 Punto 16 Punto 18 Punto

İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl-Şuveyli Teleqraf.com-un mayın 12-dən 24-dək müxtəlif idman növləri üzrə keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı suallarını cavablandırıb.

- Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına münasibətiniz necədir?
- Ümumən İslam dövlətlərinin həmrəylinin güclənməsində, bütün müsəlman xalqları arasında əlaqələrin möhkəmlənməsində bu oyunların böyük əhəmiyyəti var. Şərqlə Qərbi birləşdirən strateji mövqeyi olan Azərbaycan isə bu oyunlara böyük ruh yüksəkliyilə ev sahibliyi edəcək.

- Şəxsən özünüz hansı idman növü üzrə yarışları izləmək üçün bilet almaq niyyətindəsiniz?
- Futbol və üzgüçülük idman növləri üzrə yarışlara bilet alacağam.

- İraqdan yarışlara neçə idmançının qatılacağı bəllidirmi və onlar əsasən hansı idman növlərində təmsil olunacaq?
- İraq idmançıları ağır atletikanın bir çox növlərində iştirak edəcək. Bu da, həm bütün İslam ölkələri, həm də İraqla Azərbaycan arasında əlaqələri gücləndirəcək bir amil olacaq.

Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 23 kateqoriyada Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.

İdmançılar atletika və para atletika, su idmanı növləri - suya tullanma, su idman növləri — üzgüçülük, su idmanı növləri -vaterpolo, 3x3 basketbol, futbol, idman gimnastikası, bədii gimnastika, uşu, stolüstü tennis, həndbol, cüdo və görmə qabiliyyəti olmayanlar üçün cüdo, Yunan-roma güləşi, sərbəst güləş, atıcılıq, tennis, voleybol, boks, zorxana, karate, taekvondo, ağır atletika növlərində mübarizə aparacaqlar.

Azərbaycanın paytaxtı 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər