22 Aprel 2017 18:07
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu normalara riayət etməyən TV bilməlidir ki, o, cəmiyyətə hörmətsizlik edir.

Bu sözləri TV-lərdə baş verən etik pozuntular haqqında Teleqraf.com-a danışan hüquqşünas Ələsgər Məmmədli deyib.

Ekspert etika qaydalarına hansı sahədə olursa-olsun, hər bir insanın riayət və diqqət etməli məqam olduğunu bildirib:

“Əgər insan auditoriya qarşısındadırsa, daha da diqqətli olmalıdır. Əlbəttə, jurnalistika etikası qarşı tərəfə, onun hüquqlarına hörmət, şərəf və ləyaqətini alçaltmamağa əməl etməlidir. Televiziya daha geniş auditoriyaya malik olduğu üçün oradakı davranışlar xüsusilə önəmlidir. Bu baxımdan iştirakçıların, tamaşaçıların lağa qoyulması, gülüş hədəfinə çevrilməsinə yol verilməməlidir. Proqrama verilən tələblərə görə proqramı efirə buraxan şəxs məsuliyyət daşıyır. O proqramda hər hansı istər etik, istər texniki pozuntu varsa, onu montaj edilərək efirə verilməlidir. Əgər pozuntularla efirə gedirsə, bu, həm də redaktorun səhvidir.
Televiziya çox ciddi şəkildə cəmiyyətin problemlərini işıqlandıran, informasiya verən, maarifləndirən tərəf olduğu üçün hüqüq və azadlıqlara xüsusi diqqət yetirməlidir. Bu normalara riayət etməyən TV bilməlidir ki, o, cəmiyyətə hörmətsizlik edir”.

Media eksperti Zeynal Məmmədli də məsləyə belə münasibət bildirib:

“Azərbaycan kanallarını izləmirəm deyə, verlişlərdə baş verənləri çox görmürəm. Həmçinin həmin verlişlərin pərdəarxası mətbəxlərini bilmirəm deyə, dəqiq bir şey deyə bilmərəm. Uzaqdan-uzağa şərh edə bilmərəm. Amma televiziyalarda bəzi məqamlar olur ki, əvvəlcədən proqramın formatına görə tamaşaçılara bildirirlər. Məsələn, ələ salmaq gülüş hədəfinə çevrilmə məqamı ola bilər. Yəni əvvəlcədən qurulma olarsa, iştirakçı da bilir ki, onu qarşıda nə gözləyir. Amma bu, təhqir deyil. Tamaşaçılar bilirsə ki, bu format proqramda belə şeylər var və olacaq, o zaman bu, insanlar tərəfindən pis qarşılanmır və psixologiyasına mənfi təsir etmir. Sadəcə, bilmək lazımdır ki, bu, qəsdən edilir və iştirakçının özünün də xəbəri var.

Ümumiyyətlə asan deyil, kimisə gətirib, avamlığına, sadəliyinə görə başlayasan ələ salmağa. Yəni münsiflər heyəti sadə adamları, iştirakçıları ələ salmaqla, öz mötəbərliklərini itirirlər”.

Qeyd edək ki, ATV kanalında yayımlanan “İdeya Qazandı” verlişində münsiflərin gənc oğlanı lağa qoyub gülüş hədəfinə çevirmələri birmənalı qarşılanmayıb.

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər