26 Aprel 2017 11:44
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran parlamentinin millət vəkili Kazım Delxoş azərbaycanlıları təhqir edib.

Axar.az İranın “YolPress” saytına istinadla xəbər verir ki, Delxoş Maku şəhərində, Bazırqan sərhəd keçid məntəqəsində olan zaman azərbaycanlıları aşağılayıb. Görüşlərinin birində telefonla danışan Delxoş “Bunlar türkdür, heç nə anlamazlar”, - deyib.

Delxoşun bu sözləri işlətdiyi görüntüləri “Teleqram” sosial şəbəkəsində yayılıb və ciddi etiraza səbəb olub.

Qeyd edək ki, Delxoş bundan öncə Qəzvində olan azərbaycanlıları təhqir etmişdi.

Delxoş İran parlamentinin İqtisadiyyat Komissiyasının üzvüdür. O, farsların üstünlük təşkil etdiyi Somesəran şəhərindən parlamentə üzv seçilib.


Müəllif:

Oxşar xəbərlər