27 Aprel 2017 14:32
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı metrosunun fəaliyyətində ciddi problem yoxdur.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Nəsimi Paşayevin sözlərinə görə, baş verən ləngimələrə səbəb sadəcə kiçik texniki nasazlıqdır:

“Baxmayaraq ki, bütün qatarlar xəttə buraxılmazdan əvvəl yoxlanılır. Ancaq işlək texnikada nasazlığın olması normaldır. Son 10 gündə 2 belə hadisə olub ki, bu da elə narahatlığa səbəb deyil.

Metroda qatarların kiçik gecikmələri zamanı çalışırıq ki, ləngiməni tez aradan qaldıraq. Əsas məqsədimiz sərnişinləri mənzil başına rahat və təhlükəsiz çatdırmaqdır”.

Qeyd edək ki, bu gün səhər saatlarında metronun "Həzi Aslanov"-"Dərnəgül" stansiyaları arasında hərəkət edən qatarlarda 10 dəqiqəyə yaxın gecikmə olub. Gecikmə texniki problemlə əlaqələndirilib.

Şəfiqə Nazimqızı


Müəllif:

Oxşar xəbərlər